Polis Qahirənin Təhrir meydanına toplaşan insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib

Polis Misirin paytaxtı Qahirənin Təhrir meydanına toplaşan insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etiraz 3 nəfərin ölümü, 400-dən artıq insanın yaralanmasına səbəb olan qarşıdurmalardan sonra baş qaldırıb.

Baş verənlər Misir inqilabının ikinci ildönümünə təsadüf edir.

Ən qanlı qarşıdurma Port Səid şəhərində baş verib. Orada 31 adamın həlak olduğu bildirilir.

Aksiya iştirakçıları keçən il 74 adamın həlak olduğu futbol qiyamının 21 iştirakçısının ölümə məhkum edilməsinə etiraz edib.Qalan 52 müttəhimin hökmü martın 9-da elan ediləcək.

Fransanın xəbər agentliyinin bildirdiyinə görə, bu gün qarşıdurmaların qurbanlarının dəfn mərasimində atəş açılıb. İnsanlar təşviş içərisində qaçmağa məcbur olub.