Misir polisi ilə silahlı qruplaşma arasında toqquşma olub

Sinay yarımadasında Misir polisi ilə silahlı qruplaşma arasında toqquşma olub. Dünən üsyançılar Sinay yarımadasında yeni hücumlar həyata keçirib.

Havadan zərbələr nəticəsində 20 üsyançının öldürüldüyü deyilir. Hökumət qüvvələrinin zərbələri Əl-Ariş şəhərindəki İsrail və Qəzza zolağı ilə keçid məntəqələrinə hücumlara cavab mahiyyəti daşıyıb.

Misirin hərbi hökuməti və prezidenti Məhəmməd Mürsi bazar günü 16 sərhəd keşikçisinin öldürülməsindən sonra sərhədlərin möhkəmləndiriləcəyinə vəd verib.
Misir prezidenti Məhəmməd Mürsi kəşfiyyat xidmətinin rəhbəri və Şimali Sinay vilayətinin qubernatorunu vəzifəsindən kənarlaşdırıb. Prezidentin fərmanı yarımadada islamçı yaraqlılara qarşı hərbi əməliyyatlar vaxtına təsadüf edir.

Ordunun bəyanatında bölgədə sabitliyin bərqərar edilməsi və nəzarətin ələ keçirilməsi məqsədi ilə əməliyyatlar aparıldığı bildirilir.