Misir səfirini İsraildən geri çağırır

  • Amerikanın səsi

Misirli etirazçılar Qahirədəki İsrail səfirliyi qarşısına toplaşıb

Misir hökuməti təhlükəsizlik qüvvələrinin İsrail əsgərləri tərəfindən miliantları təqib edərkən öldürülməsinin ardınca səfirini Tel Əvivdən geri çağırır.

Misir kabineti bildirib ki, səfir məsələ üzrə istintaq başa çatanadək İsrailə qayıtmayacaq. Kabinet həmçinin İsrail hökmətindən Misir haqda "tələsik" ifadələr işlətdiyinə görə üzr istəməyi tələb edib.

İsrail bu günlərdə Sinay yarımadasında Hüsni Mübarək devrildikdən bəri sabitliyin zəiflədiyi haqda narahatlığını ifadə edib. Israil hərbçiləri ölkənin cənubunda Qəzza Zolağından edilən hücumun Sinay yarımadası vasitəsilə həyata keçirildiyini deyir, hərçənd ki, son aylada burada Misir təhlükəsizlik qüvvələrinin sayı artırılıb.