Misir-Rusiya, yoxsa ABŞ?

Your browser doesn’t support HTML5

Misir: Rusiya, yoxsa ABŞ?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun missiyası ölkələr arasında iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməkdən ibarətdir.

Rusiyanın nümayəndə heyətinin Misirə səfəri Amerika ilə Misir arasında soyuqluq yaşandığı bir vaxta təsadüf edir. Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra ABŞ o ölkəyə iqtisadi yardımını kəsib.

Misirin müttəfiqləri arasında dəyişiklik etməsi diqqətləri keçmiş Moskva-Qahirə əlaqələrinə yönəldir.

Soyuq müharibə dövrünün müttəfiqi Misiri hərbi təchizatla təmin etmiş, ona insfrastrukturunun inkişaf etdirməsinə, enerji aclığı yaşayan bu ölkədə Asvan dambasının inşaatına yardım göstərmişdi.

Lakin 1970-ci illərin borcları və sülh istəyi Amerikanı İsraillə Misir arasında seçim etməyə vadar etmişdi.

Tamarod fəallar qrupunun sözçüsü Mai Vahba hesab edir ki, Misir təkcə Rusiya deyil, Çin və digərləri ilə də müttəfiqlik qura bilər. Onun fikrincə, Misir xalqının iradəsinə uyğun olaraq tərəfdaş seçəcək.

Lakin Amerikanın Misirdən üz döndərməsi aldaddıcı ola bilər. Belə ki, Vaşinqton əks-terrorizm və təhlükəsizlik kimi əsas sahələrdə Misirlə əməkdaşlığını davam etdirir.

Siyasi təhlilçi Hişam Qasım Rusiya ilə milyard dollarlıq silah müqaviləsinin ehtiyacı olduğundan daha artıq silaha malik olan Misir üçün mənasiız bir əməkdaşlıq olduğunu düşünür. "Əminəm ki, belə bir razılıqdan bəhs edilməyəcək. Amma əgər edilsə, onlardan istifadə belə edilməyəcək."

Qasım Rusiyanın Misirdə dəniz bazası yaratmasına dair müzakirələrin gündəmə gətirilməyəcəyini deyir. O, hətta amerikakıların da buna nail olmadığını vurğulayıb.

Rusiya ilə hər hansısa strateji rekonstruksiyanın mümkünlüyünü Misirin xarici işlər naziri Nabil Fəhmi də istisna edir. "Rusiya ilə əlaqələr genişlənir. Bu, müxtəlif sahələri əhatə edir. Lakin onlar digərlərinə alternativ olmayacaq."

Siyasi təhlilçi Hişam Qasım bunu alqışlayır. " Misirin diplomatiya sahəsində rol oynaması Amerika da daxil edilməklə, hər kəsin xeyrinə olar. Suriya böhranı kimi durumlar daha rahat həll edilər."

Təhlilçilər hesab edir ki, Misirin regional və beynəlxalq əlaqələrini genişləndirməsi onun regiondakı əhəmiyyətini artıra bilər.