Qahirədə Müsəlman Qardaşları tərəfdarlarının polislə qarşıdurması zamanı bir tələbə öldürülüb

Misirin paytaxtı Qahirədə Müsəlman Qardaşları tərəfdarlarının polislə qarşıdurması zamanı bir tələbə öldürülüb.

Qarşıdurma Əl-Əzhar universitetinin kompleksində baş verib. Polis 60-dan çox tələbəni nəzarət altına alıb. Tələbələr universitetin iki binasında yanğın törədib.

Dövlət Əl-Əhqam qəzetinin yazdığına görə, təhlükəslik qüvvələri Qardaşların tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlar Müsəlman Qardaşları partiyasının terrorçu təşkilat elan edilməsinə etiraz edib.

Dünən də Qahirə boyu zorakılıqlar qeydı alınıb. Qarşıdurmalar 5 nəfərin ölümünə səbəb olub.