Misir qanunverciləri Hərbi və Ali Məhkəmənin qərarlarına məhəl qoymadan sessiya çağırıb

E

Misirin islamçıların nəzarətində olan parlamenti Hərbi və Ali Məhkəmənin qərarlarına məhəl qoymadan sessiya çağırıb.

Parlamentin aşağı palatası prezident Məhəmməd Mürsinin qurumun buraxılmaması qərarından bir necə gün sonra bir araya gəlib.

Misirin Ali Məhkəməsi parlamentin aşağı palatasının buraxılması hökmünü qüvvədə saxlayb.

ABŞ dövlət katibi Hillari Klinton Misir rəsmilərini ölkənin keçid prosesinin çərçivəsindən çıxmasına yol verilməməsinə çağırıb.

Eyni zamanda Almaniyanın xarici işlər naziri Quido Ustervell Qahirədə prezident Mürsi ilə görüş keçirib.

Misirdə prezident seçkilərindən sonra Ustervell o ölkəyə səfər edən ilk nazirdir.