Misirin bir neçə şəhərində baş qaldıran etiraz aksiyaları zəminində hakim Müsəlman Qardaşlarının ofislərinə hücumlar edilib. Paytaxt Qahirədə isə hökumətpərəst və anti-hökumət qrupları prezidentin son fərmanına dair nümayişlər keçiriblər.
Nümayişlər dünən Misir prezidenti Məhəmməd Mursi hakimiyyətinə olan nəzarət mexanizmini ləğv etməsini və verdiyi fərmanların heç bir məhkəmə orqanı tərəfindən müzakirə edilə bilməyəcəyini təsbit edən fəmran imzalamasından sonraya təsadüf edir.
“Cənab Mursi özünü “yeni firon” elan edib”- deyə bildirən Nobel mükafatı laureatı və müxalifət lideri Məhəmməd Əl-Baradei minlərlə tərəfdarları ilə cümə günü prezidentin fərmanına etirazını bildirmək üçün Təhrir meydanında toplaşıb. Liberal siyasətçi və BMT nüvə enerji agentliyinin keçmiş rəhbəri həmçinin cənab Mursinin dövlətin bütün güclərini qəsb etdiyini bildirərək bunun dəhşətli nəticələr törədə biləcəyinə dair xəbərdarlıq edib. Müxalifət üzvləri prezidentin bu addımını qanunsuz adlandırıb.
Bu gün etirazları sakitləşdirməyə çalışan cənab Mursi Misiri sabit və təhlükəsiz ölkə kimi irəliyə doğru aparmaq istədiyini və ölkəni tək idarə etmək fikrində olmadığını deyib. Cənab Mursi qanunverici orqanın təsirini azaltmaq niyyətində olmadığını bildirərək ölkənin yeni konstitusiyasının hazırlanması işi üzrə səylərin davam etdirilməsinə çağırıb. O, Misirin azadlıq və demokratiya rolunda olduğunu deyib.
Port Səid, İsmayıliyyə və İsgəndəriyyə şəhərlərində etirazçı kütləsi Müsəlman Qardaşlarının ofislərini atəşə tutaraq daş və partlayıcılar atıblar. İsgəndəriyyədə partiya binasının divarındakı bayrağının iki yerə cırıldığı və insanların ofis binasının pəncərələrindən kağız və digər əşyalar atdığı müşahidə olunub. Etirazçılar “xalq rejimin getməsini istəyir” deyə şüarlar səsləndirib.
Daha öncə gələn məlumatlarda Süveyşdəki Müsəlman Qardaşlarının ofisinin də yandırıldığı barədə xəbər yayılmışdi, lakin daha sonra dövlət televiziyası bu xəbəri təkzib edib.
Dövlət mediası Müsəlman Qardaşları təşkilatının ofislərinin Süveyş Kanalının Süveyş, Port Səid və İsmailiyyə şəhərlərində atəşə tutulduğuna dair xəbər verir.
Bununla yanaşı etirazçılar cümə axşamı elan edilən “inqilabı qorumağa” ehtiyacla bağlı prezidentin fərmanına etiraz etmək üçün cümə namazından sonra Qahirənin Təhrir meydanına axışıblar. Müxalifət üzvləri prezidentin bu addımını qanunsuz adlandırıb.
O bu şərhləri özünü nəzarətdən yüxarı elan edərək öz qərarlarından məhkəmə və digər orqanlara şikayət edilməsinin mümkün olmayacağına dair fərman imzaladıqdan bir gün sonra deyib.