Misirin müvəqqəti hökuməti yeni kabinetin təsisini başa çatdırdıqdan sonra, nazirlər and içərək vəzifələrinə başlayıb.
Baş nazir Hazem Əl-Beblavinin təşkil etdiyi kabinetdə texnokrat və liderallar yer alır.
Kabinetdə ordunun baş komandanı Əbdel Fəttah Əl-Sissi müdafiə naziri və baş nazirin yardımçısı vəzifələrini tutub.
Andiçmə mərasimi ölkədə qarşıdurmalara yol verildiyi bir vaxt keçirilib.
Misir rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları arasında qarşıdurmalar olub. 7 nəfər həlak olub, 261 insan xəsarət alıb. Qarşıdurmalar əsasən Qahirədə qeydə alınıb.
Polis Məhəmməd Mursinin tərəfdarlarının keçirdiyi aksiyanı gözyaşardıcı qazla dağıdıb. Polisi daşa basan nümayişçilər Ramzes meydanı və yaxınlıqdakı körpü üzərində toplaşıb.
Qahirənin Nasir rayonundakı Rabiə Əl-Ədaviyə məscidi qarşısında oturaq nümayiş təşkil edilib. Isgəndəriyyə də daxil edilməklə, Misirin digər şəhərlərində də Mursi tərəfdarlarının aksiyaları keçirilirb.
ABŞ-ın müvəqqəti hərbi hökumətinin liderləri ilə görüş keçirən dövlət katibinin müavini Uilyams Börns deyib ki, Amerika Misirə öz demokratiya modelini yeritmək niyyətində deyil. O, Misirin gələcəyinin xalq tərəfindən müəyyən edilməsinin vacibliyini vurğulayıb.