Misirdə islamçı Məhəmməd Mursi prezident kimi and içərək, ölkə tarixində ilk mülki lideri oldu. Cənab Mursinin andiçmə mərasimi Misirin Konstitusiya məhkəməsində keçirilib.
Yeni prezidentin şənbə günü Qahirə universitetindən xalqa müraciət edəcəyi gözlənilir.
Andiçmə mərasimindən bir gün əvvəl cənab Mursi ölkəni idarə edən hərbi şuraya etiraz olaraq Təhrir meydanına toplaşmış on minlərlə tərəfdarı qarşısında çıxış edib. O deyib ki, azadlıq üsyanda həyatını qurban vermiş və yaralanmış inqilabçıların qanı ilə əldə edilib. Cənab Mursi habelə ona göstərdikləri etibara görə Misir xalqı təşəkkürün bildirmişdir.
Məhəmməd Mursi Müsəlman Qardaşları təşkilatının namizədi kimi prezident seçkilərində iştirak etmişdir.
Misiri idarə edən hərbi şura hakimiyyətin prezidentə iyulun 1-də təhvil veriləcəyini bildirib.