Hüsnü Mübarəkin işinə yenidən baxılması avqusta qədər təxirə salınıb


Misirin keçmiş prezidenti Hüsnü Mübarək 800 nümayişçinin qətlində müqəssir tanınmasına dair onun haqda çıxarılmış hökmün apelyasiya edilməsilə bağlı şənbə günü keçirilən məhkəmədə iştirak edib.

Cənab Mübarək dinləmələr zamanı əlil arabasında əyləşib, onun iki oğlu Alaa və Camal da onunla bərabər olublar.

Hüsnü Mübarək və Misirin keçmiş daxili işlər naziri Həbib El-Adli 2001-ci ilin əvvəlində onun hakimiyyətdən salınması ilə nəticələnmiş etirazlar zamanı yüzlərlə nümayişçinin qətlinin qarşısını almadıqlarına görə keçən il məhkum edilmişdilər. Bununla belə apelyasiya məhkəməsi qərara yenidən baxılmasına razılıq vermişdi.

Şənbə günü qısa dinləmələr zamanı vəkillərin ifadələri dinlənilmiş və avqustun 17-ə qədər məhkəmənin işinə fasilə verildiyi elan edilmişdir.