Misirdə prezident tərəfdarları dəstək nümayişi keçirməyi planlaşdırır [Fotoqalereya]

Misirlilər nəhəng nümayiş ərəfəsində etiraz edirlər

Misirin İslamçı siyasi partiyaları prezident Məhəmməd Mursini dəstəkləmək məqsədi ilə nümayişlər keçirməyi planlayıb. Onlar bu qərarı hakimiyyətdə olan Müsəlman Qardaşları Partiyasının üzvünün prezidenti dəstəkləyənlər və tənqidçiləri arasında baş verən qarşıdurmada həlak olmasından sonra veriblər.

Müxalifət partiyaları bazar günü cənab Mursiyə qarşı nümayişlər keçirməyi planlaşdırır. Onlar prezidenti və Müsəlman Qardaşları Hərəkatını dünyəvi hüquqlara məhəl qoymamaqda ittiham edir və növbədənkənar prezident seçkiləri keçirməyə çağırır.

Müsəlman Qardaşları baş verən qarşıdurmada üzvlərindən birinin ölümünü təsdiqləyib.
Ordu hər iki tərəfi sakit olmağa çağırıb və zorakılıq baş verdiyi təqdirdə müdaxilə edəcəyini bildirib.