Misirin cənubunda qədim Karnak məbədi yaxınlığında həyata keçirilən intiharçı hücumu 4 nəfərin yaralanmasına səbəb olub.
Rəsmilər hücumda əli olan iki nəfərin polis tərəfindən öldürüldüyünü və turistlər arasında yaralananların olmadığını bildirib.
Nil çayının sahilində Luxor şəhərində yerləşən məbəd UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına daxildir və həm Misir, həm də xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.