Misirin tarixi inqilabından 2 il sonra bir çoxları geniş imkanlar və haqlara sahib olduğunu düşünür. Ehab Gövhər Qiza sakinidir.“İnqilabdan əvvəl azadlığımız yox idi. İndi isə kamera qarşısına keçib prezidentə insanların nəyə ehtiyacı olduğunu deyə bilirik.“
Yazıçı Alaa Əl-Əsvani öz məşhur əsərlərində misirlilərin ümidləri və mübarizələrindən söz açır. O, fundamental dəyişiklik çağırışları ilə inqilab edən milyonlarla insan arasında olub. “İnqilabda ən mühüm amil insanın dəyişməsidir. İnsanın qorxunu aşa bilməsidir.Məhz bunun qarşısı alınmazdır. Xalq bir daha qorxu içərisində yaşamayacaq.”
Lakin inqilab ruhundan qorxanlar da az deyil. Onlar üçün ötən il islamçı Məhəmməd Mursini hakimiyyətə gətirən seçkilər və mübahisəli yeni konstitusiya parçalanma və problem deməkdir. Gəmi kapitanı Mustafa Siam Müsəlman Qardaşlarının yalnız öz maraqlarına xidmət etdiyini deyir. “Məsul olanlar başa düşməlidirlər ki, onlar bütöv xalqın məsuliyyətini daşıyır.“
Əl-Əsnavi də Qardaşların tənqidçisidir. Onun dediyinə görə, hökumətin infrastrukturun yenidənqurma və yeni iş yerləri yaratması vədlərinə əməl etməməsi onun cavabdehliyinə yük olacaq. " Bunun inqilaba xeyri ola bilər. Düşünmürəm ki, bu, qardaşların mənafeyinə uyğundur. Çünki onlar artıq işə qadir olmadıqlarını göstərir və hər gün populyarlığını daha çox itirir.”
Digərləri isə prezident Mursiyə səbirlə yanaşır. Bəkir Əşrəf Əl-Hüseyni iqtisadi problemlər yaşasa da, hökuməti dəstəkləyir. "Müsəlman Qardaşları bir çox problemlə üzləşib. Hökumət manələrin öhdəsindən gəlmək üçün ağır iş aparır."
Müsəlman Qardaşları Misirin yaxşı təşkilatlanmış siyasi qrupudur.
Əl-Əsnəvi müxalifətin geniş təfriqəsindən danışaraq, hər kəsin yalnız özünü düşündüyünü deyir. O, zamanın müxalifətin xeyrinə işlədiyini bildirir, Fransa və Amerikanın uzun inqilab yollarını misal gətirir. “İnqilabların gələn bir-iki il ərzində böyük dəyişiklilər yaradacağını düşünmək inqilab tarixlırindən bixəbər olmaq deməkdir.”
Əl Əsnavi Misirin tutduğu kursun-doğru yolda irəliləməyin vacibliyinə inanır.