Misirdə cümə xütbəsi zamanı Allahu Əkbər deyərək terroçular 27-si uşaq olmaqla, 305 nəfəri qətlə yetirib. Hücum nəticəsində 128 nəfər yaralanıb.
Misirin baş prokuroru hücumçuların 25-30 nəfər olduğunu bilirib. Onların maska taxdıqları bildirilib.
Səhiyyə rəsmiləri Al Jazeera telekanalına bildiriblər ki, məscidin kiçikliyinə baxmayaraq, hadisə zamanı orada çox sayda adam olub.
Şahidlərin dediyinə görə, silahlılar hücum yerindən qaçanları güllələyirdilər.
Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasında islamçı silahlılara qarşı uzun illərdir mübarizə aparsa da, basqınların intensivliyi 2013-cü ildə islamçı prezident Məhəmməd Morsi devriləndən bəri artıb.
Prezident Əbdel Fəttah Əl-Sissi hücum cəzasız qalmayacağına söz verib. Lakin prezident hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.
Əbdel-Fattah "l-Sissi təhlükəsizlik rəsmiləri ilə keçirdiyi müşavirədən sonra ölkədə üç günlük matəm elan edib.