Avropadakı miqrant böhranı Britaniyada bu ilin sonu Avropa İttifaqından çıxıb-çıxmamağa dair keçiriləcək referendumdan öncə müzakirələrə səbəb olub. Baş nazir Deyvid Kameron, Aİ-nı tərk etməyin minlərlə daha çox miqrantın ölkəyə gəlməsinə səbəb ola biləcəyi barədə xəbərdalıq edir. Eyni zamanda isə Fransanın liman şəhəri Kalesdə gərginlik artır. Orada minlərlə miqrant olduqca pis vəziyyətdə olan düşərgələrdə qalır.
Bu insanlar hər kəsin yaxşılığını istəmir. Onlar sadəcə yoxsulluq və qəzəbdən istifadə etmək istəyir. Bu insalara Kalesdə yer yoxdur.
London çağırır – bu qrafiti yazı Kales-də özlərinin düzəltdiyi çadır və konteynerlərdə yaşayan və Britaniyaya getməyə ümid edən 4 minə yaxın miqrantın yaşadığı “Cəngəllik düşərgəsi”ndə yer alır.
2003-cü ildə əldə olunmuş razılığa əsasən, Britaniyanın sərhəd yoxlamaları Kalesdə Fransa torpağında həyata keçirilir. Bu səbəblə də miqrantlar Fransada qalıb.
Britaniya baş naziri Deyvid Kameron bildirib ki, əgər britaniyalılar Avropa İttifaqımdan çıxmağa səs versələr, bu razılıq qüvvədə qalmayacaq.
“Fransada bir çox müxalifətçi siyasətçilər var ki, onlar bu razılığı pozmağa bəhanə axtarır və sərhədin Fransada deyil, Britaniyada olmasını istəyir. Mən də o insanlara bu bəhanəni vermək istəmirəm.”
Kales limanında sərhəd polisi və miqrantlar davamlı olaraq “sıçan-pişik” oyunu oynayır. Miqrantlar Britaniyaya yola düşən yük maşınlarına minməyə və hətta La Manş boğazının altından keçən qatarları daşıyan tunelə keçməyə çalışır.
Bundan əlavə miqrantlar və yerli sakinlər arasında gərginlik artır. Almaniyada təsis olunan “PEGIDA” adlı anti-İslam qrupunun üzvləri yerli rəsmilərin ictimai etirazları qadağan etməsinə baxmayaraq Kalesdə yürüş keçirməyə cəhd edib.
“Bu insanlar hər kəsin yaxşılığını istəmir. Onlar sadəcə yoxsulluq və qəzəbdən istifadə etmək istəyir. Bu insalara Kalesdə yer yoxdur.”
Son həftələr ərzində miqrant düşərgələrində qar yağıb, çovğunlar olub. Kales ətrafında fəaliyyət göstərən yeganə xeyriyyə təşkilatı olan Sərhədsiz Həkimlər bildirir ki, Dankörk şəhəri yaxınlığında yerləşən azı bir düşərgədə şərait son dərəcə pisdir və yaxşılaşdırılmalıdır.
Hazırda orada 2500-ə yaxın insan yaşayır. Onların əksəriyyəti İraq və Suriya kürdləridir. O düşərgədə şərait dəhşətlidir. İnsanlar bu cür palçıqlı xarabalıqda yaşayır.
“Hazırda orada 2500-ə yaxın insan yaşayır. Onların əksəriyyəti İraq və Suriya kürdləridir. O düşərgədə şərait dəhşətlidir. İnsanlar bu cür palçıqlı xarabalıqda yaşayır. Orada sıçovullar var, pis gigyena şəraitinə görə insanlarda qotur xəstəliyi əmələ gəlir.”
Sərhədsiz Həkimlər Dakörkdə yeni düşərgənin tikilməsinə nail olub. Düşərgənin bu ayın sonu istifadəyə veriləcəyi gözlənilir.
Bu düşərgələrin və düşərgə sakinlərinin taleyi isə Britaniyanın Avropa Birliyində qalıb-qalmamaq qərarından asılı olacaq.