ABŞ-da məhsul yığımı mövsümü arxada qalsa da, fermalarla bağlı mübahisələr davam edir. Bu, sosial təminat işçiləri ilə ferma sahibləri arasında gedən bir mübarizədir.
Merilendin Karolayn bölgəsində bu mübarizə artıq illərdir davam edir. “Məni polis idarəsinin rəisi hədələyir. Onlar sahələrinə daxil olmazdan əvvəl onlara xəbər verilməsini istəyir,” deyə qadın dillənir.
Bu, kənd təsərrüfatı sahəsində işləyən miqrantlara yardım etməyə çalışan şəfqət bacısıdır. O, işini itrmək qorxusu ilə tanınmasını istəmir. "Mən özümlə kiçik masa və 8 stul daşıyıram. Bu yolla ağac altında klinika yaradıram."
O, hədələrin daimiliyindən şikayətlənir. “Fermerlərdən biri işçilərə maaş ödədiyi üçün onların xəstəlik tarixini bilmək istədiyini deyib. Biz bunu təmin etmədikdə, o bizə bir daha buraya gələ bilməzsiniz dedi.”
Miqrant işçilərin hüquqlarının digər müdafiəçiləri də bunabənzər hallardan gileylənir. Natan Norton və Nora Rivyero fermerlərin maneələri ilə üzləşir. Lakin onların dediyinə görə, bu qanunsuz bir iş deyil. “Ferma işçiləri kirayənişin kimidir. Onların qanuni xidmətlər almaq, qonaq, bizim kimi tibb işçilərini qəbul etmək haqqı var.”
Fəallar ferma sahiblərinin işçilərinin hüquqlarını öyrənəcəyindən qorxduqlarını deyir. Başqa sözlə onlar maaşlarının artırılması və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edə bilər.
Ferma sahibləri çoxsaylı zənglərə cavab verməkdən imtina edir.
Fermerlər Asssosiasiyası ilə sosial təminat işçilərinin hər şeyi şişirtdiyini və fermalara yetərli səbəb göstərmədən daxil olmağa çalışdığını deyir.
Lakin insan hüquqları müdafiəçilərinin BMT-ni Amerika hökumətinə təsir göstərməsi çağırışları vəziyyətin ciddiliynə dəlalət edir.
Natan və Nora kimi yardım işçiləri isə köməyə ehtiyacı olanların dadına çatmağa çalışır.