Miqrant axını və terror hücumları Avropanın perspektivini formalaşdırır

Your browser doesn’t support HTML5

Miqrant axını və onların arasında Avropaya daxil olan İŞİD döyüşçülərinin böyük şəhərlərdə həyata keçirdikləri hücumlar Avropanın yeni perspektivini formalaşdırır. Fransa və Almaniyada qarşıdan gələn seçkilərin nəticələri çox güman ki, Avropa boyu olduqca mühüm dəyişiklikləri əks etdirəcək və qitədəki siyasi parçalanma ilə bağlı daha aydın bir təsəvvür yaradacaq.