Həmsədrlər Ermənistan, Azərbaycan və Dağlıq Qarabağda olub
ATƏT-in mətbuat xidməti bu gün Minsk qrupu həmsədrləri (Robert Bradtke – ABŞ, İqor Popov – Rusiya və Jak For – Fransa) və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin 19-26 noyabr tarixlərində regiona səfərlərinin yekunlarına dair bəyanatını yayıb.
Sənəddə deyilir ki, həmsədrlər tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışında köməklik göstərilməsi üzrə səylərini davam etdirmək niyyətindədirlər.
Yerevanda həmsədrlər noyabrın 23-də prezident Sarkisyan və xarici işlər naziri Nalbandyanla görüşüblər.
Noyabrın 26-da onlar Bakıda prezident Əliyev və xarici işlər naziri Məmmədyarovla görüşüblər.
Noyabrın 21-22-də Dağlıq Qarabağda “de-fakto hakimiyyətlə” görüşlər keçirilib.
Noyabrın 21-də Qarabağa səfər zamanı həmsədrlər “2010-cu ilin oktyabrında həmsədrlərin son səfərindən sonra vəziyyəti qiymətləndirmək üçün” Zəngilan və Cəbrayıl rayonlarına baş çəkiblər.
Həmsədrlər prezidentlər Sarkisyan və Əliyevlə avqust və sentyabr aylarında xarici işlər nazirləri Nalbandyan və Məmmədyarovla ayrı-ayrı görüşlərinin yekunlarını, habelə oktyabrın 27-də görüş zamanı XİN rəhbərlərinə təqdim edilmiş sülh prosesinin davam etdirilməsi ideyasını müzakirə ediblər. Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılıq əldə ediblər.
Həmsədrlər Kasprşikə və onun komandasına bu çətin dövrdə atəşkəs rejiminin müşahidəsi və regiona bu səfərin, xüsusən Zəngilan və Cəbrayıl rayonlarına səfərin asanlaşdırılması üzrə işinə görə təşəkkürlərini bildiriblər, deyə press-relizdə qeyd edilir.