ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair bəyanat yayıb.
Sənəddə deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayıb.
“Həmsədrlər liderlərin vacib görüşü üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparır. Bu, iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş olacaq.ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bıəyanatındam sitat
“Həmsədrlər liderlərin vacib görüşü üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparır. Bu, iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş olacaq.”
Həmsədrlər, həmçinin, son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdirir, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırır.
Həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini də təkrarən vurğulayır.
Həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışdan yayınmağa səsləyir.
Həmsədrlər bəyan edir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz...ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatından sitat
Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.
Həmsədrlər danışıqları yeniləmək üçün Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri ilə hər an görüşə biləcəklərinə hazır olduqlarını bəyan edib.
“Rəsmi Bakı və Yerevan arasında həmsədrlərin himayəsi altında keçirilən davamlı və birbaşa dialoq etimadın qurulmasında və sülh prosesinin irəliləməsində zəruri element olaraq qalır. Həmsədrlər həmçinin münaqişə tərəflərinin fikirlərini və narahatlığını nəzərə alaraq, onlarla lazımi məsələləri müzakirə etməyə davam edəcək,” bəyanatda deyilir.
Leyla Abdullayeva: “Minsk Qrupunun həmsədrlərinin açıqlaması Ermənistana verilən bir siqnaldır”
Azərbaycan Xarici İşlər Naziriyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva həmsədrlərin iki ölkə rəhbərinin qarşıdan gələn görüşü barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edərkən bildirib ki, Azərbaycan substantiv danışıqlara hər zaman hazırdır.
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təklifləri olub. Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək prezident İlham Əliyevlə Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması - azərbaycanlı və erməni icması müəyyən etməlidir.Leyla Abdullayeva, Azərbaycan Xarici İşlər Nazirliynin rəsmisi
“Minsk qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərini qəbul edərkən, ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırıb. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.
Həmçinin, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunur. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur".
Abdullayeav Dağlıq Qarabağın statusu məsələsinə də münasibət bildirib.
"Dağlıq Qarabağın statusuna gəldikdə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması - azərbaycanlı və erməni icması müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyin etmə prinisipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Məhz bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir.”
Mətbuat xidmətinin rəhbəri deyib ki, münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar.
Anna Naqdalyan: “Ermənistan Artsaxın təhlükəsizliyinin və statusunun prioritet olduğunu elan edib”
Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Anna Haqdalyan da Minsk Qrupunun həmsədrlərinin bəyanatına münasibət bildirib.
"Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın müxtəlif dövlət strukturlarının nümayəndələrinin ifadələri əhəmiyyətli dərəcədə sərtləşib. Onlar gücdən istifadə təhlükəsini, məsələnin güc yolu ilə həllini qəti olaraq vurğulayır. Bu, həmsədrlərin sonuncu bəyanatında da əks olunub,” Naqdalyan qeyd edib.
Ermənistan dəfələrlə bəyan edib ki, bu cür yanaşmaları, eləcə də hərb dilini danışıqlarda qəbul etmir.Anna Hadalyan, Ermənistan Xarici İşlər Nazirliynin rəsmisi
Onun fikrincə, bunlar, xüsusilə Ermənistan tərəfinin çoxsaylı konstruktiv bəyanatlarının, o cümlədən, baş nazirin bəyanatlarının Azərbaycan tərəfindən cavabsız qalması fonunda baş verir.
“Biz Bakıdan "gücdən istifadə amili var və gündəmdə qalır" və "hərbi amil məsələni həll etmək üçün xüsusi yer tutur", "hüquq güclünün tərəfindədir" və s. kimi ifadələr eşidirik. Bundan başqa, ölkələrin liderlərinin görüşünə dair bəyanatlar fonunda Azərbaycan öz beynəlxalq öhdəliklərini pozmaqla məlumatlandırmadan narahatedici hücum xarakterli təlimlər keçirir.
Ermənistanın baş naziri Avropa Parlamentində regional dialoq, dözümlülük və kompromis mədəniyyətinin tətbiq olunmasının vacibliyini elan etdiyi bir zamanda Bakı ictimaiyyəti sülhə hazırlamaq əvəzinə münaqişənin digər formalarla həlli ilə təhdid edir.
Belə ifadələr, eləcə də maksimalist, konstruktivlikdən uzaq ifadələr danışıqlar üçün uyğun atmosfer yaratmağa kömək etmir. Ermənistan dəfələrlə bəyan edib ki, bu cür yanaşmaları, eləcə də hərb dilini danışıqlarda qəbul etmir,” mətbuat katibi bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanın həmişə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında sülh danışıqlarına sadiq qaldığını bəyan edib.
“Ermənistan Artsaxın təhlükəsizliyinin və statusunun prioritet olduğunu elan edib. Bu, öhdəliyin canlı bir sübutudur ki, Ermənistanda məxməri inqilabdan sonra sülh prosesidayandırılmayıb, daha dinamikləşib. Düşənbədə təsdiqlənmiş və əvvəllər Vyanada və Sankt-Peterburqda keçirilən sammitlərdə olduğu kimi, etimad mühitinin formalaşdırılması, risklərin azaldılması, insidentlərin qarşısının alınması mexanizminin və etimad mühitinin yaradılması vacib məsələdir ", Naqdalyan qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin tarixinə baxış
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.
2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.
Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.
2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.
2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.
SEE ALSO: Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlıq aparılır“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.
Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.
“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır,” Minsk Qrupunun həmsədrləri qeyd edir.
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
Rəsmi məlumatlara görə, dövlət başçıları görüş zamanı müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıb.
ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib. Rəsmi məlumatlarda deyilir ki, görüşlərdə münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva fevralın 25-də Amerikanın Səsinin sualının cavabında bildirib ki, Azərbaycanın münaqişənin nizamlanmasında mövqeyi birmənalıdır.
“Azərbaycanın ən yüksək rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır.”
Şahin Hacıyev: “Ermənistan ictimaiyyətinin münasibəti daha sərtdir”
Son zamanlar tərəflər arasında görüşlərin dinamikasının artmasına baxmayaraq, Azərbaycan və Ermənistan əvvəliki mövqeyindən geri çəkilmədiyini bildirən bəyanatlarını davam etdirir.
Yerli medialardakı məqalələrin təhlili göstərir ki, erməni və azərbaycanlı əhalinin sərt mövqelərində hələ liberallıq hiss edilimir.
Bu il fevralın 1-dən 5-dək Ermənistanda olan azərbaycanlı jurnalist Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Qarabağ məsələsində erməni cəmiyyəti yekdildir və mövqeləri sərtdir.
“Ermənistana səfərimin əsas məqsədi ondan ibarət idi ki, Ermənistanda hökumət dəyişməsindən sonra ictimai rəydə hansısa bir dəyişiklik baş verib, ya yox, onu öyrənmək. Əvvələ qayıdaraq, təkrar edə bilərəm ki, təəssüf ki, belə bir ciddi dəyişiklik görmədim. Hətta deyə bilərəm ki, rəsmi münasibət daha mülayimdir, daha yumşaqdır, nəinki geniş ictimaiyyətin fikri,” o, Amerikanın Səsinə bildirib.