Minksdə müxalif namizədə dəstək mitinqinə on minlərlə insan qatılıb

Minsk rally

Belarus paytaxtında 9 avqustda keçiriləcək prezident seçkilərindən əvvəl təşviqat kampaniyasının başlamasından bəri ölkədə müxalifətin ən böyük mitinqi baş tutub.

"Vyasna" insan hüquqları mərkəzi iyulun 30-da prezidentliyə namizədliyi qeydə alınmış Svyatlana Tsixanovskayanın ən az 63 min tərəfdarının Minskin Xalqlar Dostluğu Parkındakı nümayişə qatıldığını xəbər verir. 26 ildir hakimiyyətdə olan prezident Aleksandr Lukaşenko son bir neçə aydır xalqın böyük təziqi ilə üzləşir.

Hökümət seçki rəsmiləri tərəfindən qeydə alınmayan müxalifət namizədlərini dəstəkləyən mitinq və nümayişləri sərt şəkildə yatıraraq yüzlərlə insanı, o cümlədən ictimai fəallar və bloggerləri həbs edib.

Musiqiçilərin və müğənnilərin də çıxış etdiyi Minskdəki mitinqdə Tsixanovskaya müxalifətin inqilab deyil, "ədalətli seçkilər" istədiyini söyləyib.

O, izdihamın səsləndirdiyi "Azadlıq!" şüarları fonunda "Biz dinc xalqıq və ölkəmizdə dinc dəyişikliklərin olmasını istəyirik" deyib.

Mitinq ərazisi hasarla əhatə olunub və iştirakçılar polisin quraşdırdığı metal detektorlardan keçərək mitinqə qoşulublar.

1994-cü ildən bəri Belarusu idarə edən Lukaşenko qarşıdakı seçkilərdə altıncı müddətə prezident seçilmək istəyir.

Tsixanovskaya ərinin, yəni populyar vlogger Syarhey Tsixanovskinin keçən ay prezidentliyə namizədliyini irəli sürmək niyyətini ifadə etməsindən sonra həbs olunmasının ardınca seçkilərdə iştirak etmək qərarına gəldiyini söyləyib.

Mitinq Belarus hakimiyyətinin Tsixanovski və həbsdə olan digər müxalif siyasətçiləri avqust ayında keçiriləcək prezident seçkiləri ərəfəsində saxlanılan və ölkənin sabitliyini pozmaq istədiyi iddia edilən Rusiyanın özəl hərbi şirkəti olan Vagner-in 33 podratçısına qarşı başladılan məhkəmə işi ilə əlaqələndirilməsindən sonra baş tutub.

Belarus İstintaq Komitəsi iyulun 30-da Tsixanovskiyə qarşı "sosial nifrət oyatmaq və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etmək" ittihamlarının irəli sürüldüyünü bildirib.

Açıqlamada həmçinin bildirilir ki, Tsixanovski digər müxalif siyasətçi Mikalay Statkeviç və adı açıqlanmayan bir neçə şəxslə birlikdə kütləvi iğtişaş hazırlamaq kimi ittihamla səkkiz ilə qədər həbs oluna bilər.

"Xüsusi xidmətlərdən alınan operativ məlumatların yoxlanılması nəticəsində Rusiya Federasiyasının 33 vətəndaşı, "Vagner " özəl hərbi şirkətinin hərbçiləri yuxarıda göstərilən cinayəti törətməkdə şübhəli bilinərək həbs olunub" - deyə məlumatda bildirilir.

Tsixanovskaya ərinə qarşı qaldırılmış ittihamları rədd edib.

"Heç kim inanmayacaq ki, bu zərbələ vuranların xüsusi olaraq seçki üçün buraya göndərilib" deyə mitinqdə öz tərəfdarlarına bildirib.