Miniatür malikanələr

Your browser doesn’t support HTML5

Los-Ancelesdəki malikanələr bəziləri üçün əlçatmaz bir xəyal olsa da, onlar dizayner Kris Toledoya ilham verir. O, bu möhtəşəm evlərin dəqiqliklə miniatürlərini yaradır. Onun yaratdığı miniatür evlərdə hər şey - hamam, soba, elektrik, hətta çılçıraqlar belə var. Toledo günlərin birində bu miniatür evləri satacağına və lazımi qədər pul əldə edərək, arzuladığı evi alacağına ümid edir.

Kris Toledo bu miniatür evi xəyalındakı ev kimi düzəltməyə çalışır. Onun özü üçün arzu etdiyi ev 20-ci əsrin əvvəlllərindəki memarlıq əsasında tikilmiş, 12 yataq otağı olan bir evdir. Hazırda isə Los-Ancelesdə ikiqtaqlı evdə kirayədə yaşayan Toledo özünün miniatür evini düzəldir.

Kris bu ev üzərində iki ildir işləyir. “Burada, Kaliforniyada ispan üslublu evlər çox məşhurdur. Əsasən də Los-Ancelesdə haraya getsəniz 1920-ci illərin ispan üslubundakı evləri görərsiniz. Yəni bu, real həyatdan və mənim xəyal etdiyim evin qarışığıdır” - deyə, o bildirir.

Əsl belə evə daxil olmaq çətindir. Lakin Toledo bunun yolunu tapıb. “Mən əmlak satışı saytlarına girir və satışa çıxarılan evlərə baxıram. Ostədiyim dizaynda və istədiyim illərin evlərindəki bütün detalları izləyirəm. Həmin evlər 2 milyondan 10 milyon dollar qədərdir.”

Bu evin əsası ağacdan düzəlib, üzəri isə gipslə örtülüb. Burada axar su yoxdur, çünki Toledo suyun taxtanı xarab edəcəyindən ehtiyat edib. Buradakı döşəmə əsl parketdən, 6 min əllə rənglənmiş parçadan ibarətdir. Burada miniatür işıqlar var. Qab-qacaq və mebel hərraclardan alınıb və sonradan yenidən işlənib. “Bunlardan bəzilərini özüm düzəltmişəm. Bunu özüm düzəltmişəm. Müxtəlif texnikalardan istifadə etməklə, bu bir eksperiment idi" - deyə, Kris bildirir.

Bəzək işləri, freskalar, əllə rənglənmiş döşəmə parçaları – yəni bu miniatür ev təkcə ispan üslübunu deyil, Aralıq dənizi üslubunu da xatırladır. Buradakı bütün işlər, mini yastıqlardan tutmuş, divardakı yağlı boyalarla çəkilmiş əntiq rəsmilərə qədər işlərin hamısı mürəkkəbdir. “Mən araşdırırdım. Mən ispan üslüblü müxtəlif evlər axrararkən bir kitab tapdım. Orada ispan üslüblü tarixi evlərdən danışılırdı. Çox xoşuma gəldi. Mən oradakı şəkillərin şəklini çəkdim və kiçildib, kiçik çərçivələrə yerləşdirdim.”

Kiçikliyinə baxmayaraq, dəyərlidir. Əl-üz yuyan bir az paslı, tozlu şamdanları hörümçək toru bürüyüb. Toledo deyir ki, onun bu işinə 80 min dollar təkilf edən var. O, bu məbləğin ilkin ödənişə kifayət etdiyini bildirir. Bunun qədər cah-cəlallı olmasa da, həqiqi ev üçün bu məbləğ yetərlidir.