Azərbaycanın 3 hərbi qulluqçusu minaya düşüb

Cəbhədə mina partlayıb

Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu Tovuz rayonu (Bakıdan 440 kilometr qərb) ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində xəsarət alıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayaıb.

İlkin ehtimala görə, partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.