Tovuz rayonunda mülki şəxs minaya düşüb

Mina təmizləmə

O bir barmağını itirib
Tovuz rayonunda mülki şəxs minaya düşüb.

Hüquq-mühafizə orqanlarından Amerikanın Səsinə bildiriblər ki, Tovuz rayon (Bakıdan 450 kilometr qərb) sakini Hidayət Müseyibov rayonun Ermənistanla sərhəddə yerləşən Qaralar kəndinin ərazisində ov edərkən piyada əleyhinə minaya düşüb.

Müseyibov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, bir ayaq barmağı amputasiya edilib.