Bakı İcra Hakimiyyəti müxalifətin mitinqinə icazə verməyib

Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir

Bakı İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mayın 3-nə təyin edilmiş mitinqinə icazə verməkdən imtina edib. Aksiya “Talana və yalana son!” şüarı ilə keçiriləcəkdi.

DQMŞ-nin Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev bildirib ki, meriya imtinanı mayın 3-də müxalifətin mitinqinin planlaşdırıldığı “Məhsul” stadionunda “başqa tədbirin keçirilməsi” ilə əsaslandırıb.

Şəhər administrasiyası müxalifətə mitinqi mayın 2-də keçirməyi təklif edib.

Öz növbəsində, Gülalıyev meriyanın qərarını sərbəst toplaşmaq azadlığı haqqında qanunun kobud pozuntusu kimi dəyərləndirib. Belə ki, meriya aksiyadan 3 gün əvvəl təşkilatçılara cavab verməli idi, amma indiki halda bu müddət pozulub.

Vaxt məhdudiyyəti şəraitində DQMŞ aksiyanı martın 2-də keçirməməyi qərara alıb. Eyni zamanda, DQMŞ növbəti həftələrdə yeni mitinqin təyin edilməsi məsələsini müzakirə edir.

Bundan başqa DQMŞ qanunsuz imtina ilə əlaqədar meriyanı məhkəməyə vermək niyyətindədir.