Milli Şura prezident seçkilərinin nəticələrinə etiraz olaraq mitinq keçirib [Videolar]

Your browser doesn’t support HTML5

Milli Şuranın mitinqi

Oktyabrın 12-də Milli Şura Azərbaycanda prezident seçkisinin nəticələrinə etiraz olaraq mitinq keçirib.

Your browser doesn’t support HTML5

Milli Şuranın mitinqi


Mitinqdə çıxış edən Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli Milli Şuranın namizədi Cəmil Həsənlinin tarix yazdığını deyib.


Your browser doesn’t support HTML5

Əli Kərimlinin çıxışı



Əli Kərimli Cəmil Həsənlini xalqı təmsil eləmək haqqı olan prezidentliyə namizəd olduğunu deyərək, onu “indi isə artıq seçdiyimiz prezident” adlandırdı.


Your browser doesn’t support HTML5

Əli Kərimlinin çıxışı



Your browser doesn’t support HTML5

İsa Qəmbərin çıxışı


Müsavat başqanı İsa Qəmbər çıxışında prezident İlham Əliyevi tənqid edib:” Bu illər ərzində Qarabağın azad edilməsi istiqamətində bircə də addım ata bilmədin, xalqımızın imkanlarımıza, sərvətlərimizə uyğun şəkildə, xoşbəxt, firavan, azad yaşamasını təmin etmək istiqamətində heç bir real addım ata bilmədin, Azərbaycanımızın azad dünyada xoşbəxt, layiqli xalqlar içində özünə layiq yer tutmaq imkanlarından istifadə etmədin, buna da imkan vermədin.”


Your browser doesn’t support HTML5

İsa Qəmbərin çıxışı



Your browser doesn’t support HTML5

Milli Şuranın mitinqi



​Cəmil Həsənli mitinqdə çıxış edib.

Your browser doesn’t support HTML5

Cəmil Həsənlinin çıxışı



Cəmil Həsənli: İlham Əliyev getməlidir və gedəcək

“Biz milli düşüncədən uzaq, antimilli bir rejimlə qarşı-qarşıya durmuşuq. Öz xalqının iradəsinin əleyhinə gedən diktatorlara Azərbaycanda yer yoxdur. İlham Əliyev getməlidir və gedəcək”.





Your browser doesn’t support HTML5

Cəmil Həsənli: İlham Əliyev getməlidir və gedəcək


Cəmil Həsənli: MSK cəzasını alacaq

"Mərkəzi Seçki Komissiyası Məzahir Pənahov başda olmaqla hakimiyyətin mənimsənilməsi prosesində iştirak edib. Hakimiyyətin mənimsənilməsinə seçki adı altında qanuni don geyindirməyə çalışırlar. Buna görə, Məzahir Pənahov başda olmaqla Mərkəzi Seçki Komissiyası və seçki komissiyaları cəzalarını alacaq."

Your browser doesn’t support HTML5

Cəmil Həsənlinin çıxışı


Cəmil Həsənli Avropa və Amerikada seçki məsələlərini müzakirə edəcək

O bildirib ki, hakimiyyətin mənimsənilməsi ilə bağlı istər mitinqlər, istər hüquq formasında, istər siyasi müstəvidə mübarizəni davam etdirəcək.

“Oktyabrın 14-dən başlayaraq Brüsselə, Strasburqa, müxtəlif Avropa mərkəzlərinə qısa müddətli səfərlərim olacaq. Noyabrın birinci on günlüyündə Amerikaya səfərim gözlənilir.”

Your browser doesn’t support HTML5

Cəmil Həsənli Avropa və Amerikada seçki məsələlərini müzakirə edəcək


Cəmil Həsənli: “Kürü diplomatiyası” və AP-nin üzvlərinin natəmiz əməlləri barədə faktlarımız var

“Biz düşünürdük ki, Avropa Azərbaycanı öz qaydalarına uyğunlaşdıracaq, amma Azərbaycan Avropa Şurasını öz qaydalarına uyğunlaşdırdı. Baxın, “kürü diplomatiyası”, Avropa Parlamentinin ayrı-ayrı üzvlərinin Azərbaycanla bağlı natəmiz əməlləri barədə əlimizdə çoxsaylı faktlar var. Bu məsələlər ən yüksək səviyyədə müzakirə ediləcək. Bu rejimin girovuna çevrilmiş Avropa Parlamentinin və Avropa Şurasının müşahidə missiyasının üzvləri öz ölkələrində ifşa olunacaq”.

Your browser doesn’t support HTML5

Cəmil Həsənli: “Kürü diplomatiyası” və AP-nin üzvlərinin natəmiz əməlləri barədə faktlarımız var


Cəmil Həsənli Mərmərə qrupunu rüşvətdə günahlandırıb

“Türkiyədən bir Mərmərə qrupu var. Onlar rəylərində yazıb ki, belə şəffaf seçkilər nəinki Qafqazda, Türkiyədə, türk dünyasında, Avropada da ola bilməz. Mərmərə qrupunun başçısına hansı tarixdə, hansı Azərbaycan məmurları tərəfindən hansı həcmdə pul çatdırılması barədə bizdə dəqiq məlumatlar var. Bu məlumatlar açılacaq.”

Your browser doesn’t support HTML5

Cəmil Həsənli Mərmərə qrupunu rüşvətdə günahlandırıb


Cəmil Həsənli: 10 metr torpaq azad edə bilməyən hökumət...

"On il ərzində işğal altında olan 10 metr torpaq azad edə bilməyən bir hakimiyyətin bundan sonra görəvdə qalmağa nə mənəvi, nə siyasi, nə də hüquqi haqqı yoxdur. Ərazisi işğal olunan bir məmləkətin korrupsiyaya qurşanan hökumətinin bundan sonra görəvdə qalmağa haqqı yoxdur. Bu hakimiyyət getməlidir və gedəcək"


Milli Şuranın mitinqinin sonunda qətnamə oxunub.

Your browser doesn’t support HTML5

Mitinqin qətnaməsi