Əmanətçilər Milli Bankın qarşısında etiraz aksiyası keçirib
Your browser doesn’t support HTML5
Bu ilin aprelində bağlanan 4 bankın bir qrup əmanətçisi Mərkəzi Bankın binasının qarşısında etiraz aksiyası keçirib. Aksiyada iştirak edən əmanətçilər hesab edir ki, banklar onları aldadıb. Belə ki, Mərkəzi Bankın bağlanan bankların əmanət qəbul etməməsi barədə qabaqcadan qərarı olmasına baxmayaraq bu banklar vətəndaşlardan əmanət qəbul edib və həmin əmanətlər sığortalanmayıb. Bu səbəbdən də bir çox əmanətçi hazırda əmanətlərini geri ala bilmir.