Mişel Bakman Respublikaçılar partiyasından prezidentliyə namizədliyini geri çəkib

  • Amerikanın səsi

Mişel Bakman Respublikaçılar partiyasından prezidentliyə namizədliyini geri çəkib

Minnessota ştatından Konrqes üzvü Mişel Bakman Ayova ştatında yaxşı nəticələr əldə etmədikdən sonra Respublikaçılar partiyasından namizədliyini geri çəkib. Qərarını bu gün açıqlayan xanım Bakman Amerika xalqının azadlığı uğrunda mübarizəsini davam etdirəcəyinə vəd verib. O, namizədliyini geri götürməsinə peşman olmadığını deyib. Ayova kokusunda Bakman 5 faiz səs toplamaqla, 6-cı yerə çıxıb. O, əvvəlcə yarışlardan geri çəkilməyəcəyini, lakin daha sonra fikrinə dəyişərək Cənubi Karolina ştatına səfərini təxirə salmışdı. Mişel Bakman həmin ştatda yanvarın 21-də keçiriləcək kampaniyada iştirak etməli idi.