Benyamin Netanyahu ABŞ-a səfər edəcək

  • Amerikanın səsi

İsrailin Baş naziri Benyamin Netanyahu (ortada) nazirlər kabinetinin iclasında çıxış edir, Qüds, 5 fevral 2012

Israilin Baş naziri Benyamin Netanyahu gələn ay Vaşinqtonda səfər edərək. Səfər ABŞ rəsmilərinin İsrailin İranın nevə obyektlərinə mümkün hərbi hücumu ilə bağlı narahatlıqlarının artdığı bir vaxta təsadüf edir.

Baş nazir Netanyahunun ofisi onun ABŞ-da İsrail tərəfdarı lobbi təşkilatı olan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin martın 4-də keçiriləcək illik konfransında iştirak etmək üçün Vaşinqtona səfər edəcəyini bildirib. İsrail rəsmiləri Qərbin xəbər agentliklərinə baş nazirin səfər zamanı ABŞ prezident Barak Obama ilə görüşə biləcəyini deyib lər. Ağ Ev hələlik məsələ ilə bağlı şərh verməyib.

Dövlət başçıları arasında son görüş sentyabr ayında BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub. ABŞ rəsmiləri o vaxtdan İsraili İranın atom istehsal edə bilməsinin qarşısını almaq üçün Birləşmiş Ştatlar və Avropa İttifaqına daha artıq vaxt verməyə çağırır. İran nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını bildirir.

İsrail nüvə silahına malik İranı yəhudi dövlətinin mövcudluğuna təhlükə hesab edir. Buna səbəb İran liderlərinin dəfələrlə yəhudi dövlətini məhv etmək çağırışları ilə çıxış etməsidir.