İsrail və fələstinlilər vasitəli danışıqlara başlayıb

Fələstinlilərin İordan çayının qərb sahilində yüksək səviyyəli rəsmisi Saeb Erekat bildirib ki, onun hökuməti 17 aydan sonra ilk dəfə olaraq Birləşmiş Ştatların vasitəçiliyi ilə İsraillə danışıqlara başlayıb

Fələstinlilərin İordan çayının qərb sahilində yüksək səviyyəli rəsmisi Seab Erekat bildirib ki, onun hökuməti 17 aydan sonra ilk dəfə olaraq Birləşmiş Ştatların vasitəçiliyi ilə İsraillə danışıqlara başlayıb.

Fələstinlilərin danışıqlarda baş müzakirəçisi Saeb Erekat bu açıqlamanı fələstin liderləri Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçellə İrodan çayının qərb sahilində Ramallah şəhərində görüşündən sonra verib.

İsrail vasitəli danışıqların başlanmasını müsbət qarşılayıb. Baş nazir Benyamin Netanyahu kabinetinin həftəlik iclasında fələstinlilərin vasitəli danışıqlara başlaması qərarını alqışlayıb. Lakin o deyib ki, sülh yalnız üz-üzə danışıqlar zamanı əldə edilə bilər.

Fələstinlilər İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşası planına görə yanız vasitəli danışıqlara razılıq veriblər. Tərəflər arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları mövcuddur. Buraya Qüdsün statusu, Fələstin qaçqınları, Fələsin dövlətinin sərhədləri daxildir.

Şatl diplomatiyası aparan sabiq senator Corc Mitçel prezident Mahmud Abbas və Baş naziri Benyamin Netanyahu arasında vasitəçilik edəcək.