Atəşkəs üzrə müzakirəçilər Yaxın Şərqdə daha böyük müharibənin qarşısının alınacağına ümid edir

Beynəlxalq vasitəçilər Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq məqsədi ilə Qəzza zolağında atəşkəs razılaşması əldə etmək üçün cümə axşamı Qətərin paytaxtı Dohada danışıqlar aparır.

ABŞ, Misir və Qətərdən olan nümayəndələrin İsraildən olan nümayəndə heyəti ilə görüşü nəzərdə tutulmuşdu. Reuters xəbər agentliyinin bildirdiyinə görə, HƏMAS çərşənbə axşamı danışıqlarda iştirak etməyəcəyini bəyan edib və bildirib ki, nümayəndələri vasitəçilərlə daha sonra görüşə bilər.

Qəzza və İordan çayının qərb sahilində davam edən döyüşlərlə yanaşı, İsraillə "Hizbullah" Livanla sərhəddə də atışır. 100-dən çox insan hələ də girov saxlanır. Ticarət gəmiləri Yəməndəki husi döyüşçülərinin hücumua məruz qalır.

Keçən ay HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İran cavab zərbəsi ilə təhdid edir. İsrail qətlə görə məsuliyyəti üzərinə götürməsə də, Haniyənin ölümündə geniş şəkildə günahlandırılır.

Reuters xəbər agentliyi üç yüksək vəzifəli İran rəsmisinin yalnız Qəzzada atəşkəs razılaşmasının qətlə görə qisas alınmasının qarşısını ala biləcəyini dediyini bildirib.

Dohada müzakirə olunan plan mayın 31-də ABŞ prezidenti Co Bayden tərəfindən açıqlanan barışıq üçün üç mərhələli "yol xəritəsi" kimi başlayıb. Təklif altı həftəlik atəşkəs, İsrail qoşunlarının Qəzzadakı yaşayış məntəqələrindən çıxarılması, qadınlar, qocalar və yaralı girovların fələstinli məhbuslar qarşılığında azad edilməsindən ibarətdir. Humanitar yardımlar artırılmalı, fələstinlilər öz evlərinə qayıda bilməlidirlər.

Cümə axşamı İordan çayının qərb sahilindəki Səhiyyə Nazirliyi İsrail ordusunun qaçqın düşərgəsinə etdiyi hava hücumu nəticəsində 2 fələstinlinin öldüyünü, 7 nəfərin yaralandığını bildirib. İsrail isə bölgədə təhlükəsizlik qüvvələrinə hədə olan iki militantın öldürüldüyünü bəyan edib.

Fələstin səhiyyə rəsmilərinin bildirdiyinə görə, oktyabrın 7-də HƏMAS tərəfindən İsraildə 1200 nəfərin öldürülməsinə və 250 nəfərin əsir götürülməsinə cavab olaraq, İsrailin keçirdiyi kampaniya zamanı təxminən 40 min nəfər ölüb.

Fələstinli rəsmilər müharibə itkilərinin əsasən qadın və uşaq, İsrail isə əksəriyyətinin militantlar olduğunu deyir.