Hazırkı vaxt ailədə uşaqların sayı 6 olaraq qalır
Ancelina Colinin daha bir uşağı himayədarlığa götürəcəyi barədə söz-söhbətlər dolaşır.
Oscar mükafatı almış aktrisanın özü Haitidən Lea adlı dörd yaşlı kimsəsiz qızı himayədarlığa götürdüyü barədə xəbərin doğru olmadığı haqda məlumat yayıb.
`Daily Mirror UK`qəzeti bu həftənin əvvəli şaiyələrin doğru olduğunu bildirmişdi. Lakin Ancelinanın sözlərinə görə o, diqqətini Haitidəki uşaqların həyat tərzinin yaxşılaşdırılması və hüquqlarının müdafiəsinə yönəldib.
Beləliklə, hazırkı vaxt ailədə uşaqların sayı 6 olaraq qalır.
Ancelina Col və onun ailəsi
`Season of the witch` filmindən fragmentlər və müsahibə: