MH370 Malayziya laynerinin qurbanlarının ailə üzvləri yoxa çıxmış təyyarənin axtarışlarını davam etdirmək üçün hökumətə təsir göstərmək üçün Perth şəhərində avstraliyalı rəsmilərlə görüşüb.
2014-cü ilin martında Kuala Lumpurdan Pekinə uçan MH370 təyyarəsi 239 sərnişinlə yoxa çıxıb.
“Mən həmişə axtarış zonasına mümkün qədər yaxınlaşa bilmək istəyirdim. Mən özüm ərimin yerini axtarıb tapa bilmək istəyərdim” - deyə hadisə qurbanlarından birinin həyat yoldaşı Cennifer Çonq bildirib.
Malayziya, Çin və Avstraliya 2015-ci ilin aprelində laynerin axtarış gedən ərazidə tapılmadığı və yeni, etibarlı dəlillər əldə edilmədiyi təqdirdə axtarış ərazisinin genişləndirilməyəcəyi barədə razılığa gəlib.
Mozambik rəsmiləri ölkənin sahilinə çıxmış üç yeni təyyarə parçası nümayiş etdirib. Onların itmiş laynerə məxsus olduğu ehtimal olunur.
Ən böyük parça üçküncdür və parçanın bir hissəsi qırmızı və ağ rənglərdədir. Parçanın digər tərəfi isə dəmirdəndir.
Axtarışlara başçılıq edən Avstraliya Mozambikdə aşkar edilən qalıqların itmiş laynerin hissələrinə daha çox bənzədiyini bildirməklə aviasiya tarixində ən izahedilməz və müəmmalı vəziyyətlə üzləşib.