Hind Okeanında MH370-in sualtı axtarışları dayandırılıb

Malayziya Hava Yollarına məxsus təyyarənin qalıqlarının tapılması isqamətində aparılan sualtı axtarışlar bu gün dayandırılıb. Hind Okeanında davam edən axtarışlar təyyarəyə dair heç bir izin tapılmaması ilə başa çatıb.

Bu gün sonuncu gəmi axtarış bölgəsini tərk edib. Malayziya Hava Yolları MH270 reysi ilə uçaraq itən təyyarənin qalıqlarına Hind Okeanının cənubunda 120 min kv. kilometrlik ərazidə rast gəlinməyib.

"Bu gün sonuncu gəmi axtarış bölgəsini tərk edib. Malayziya Hava Yolları MH270 reysi ilə uçaraq itən təyyarənin qalıqlarına Hind Okeanının cənubunda 120 min kv. kilometrlik ərazidə rast gəlinməyib" - deyə Avstraliyadakı Birgə Agentlik Koordinasiya Mərkəzinin açıqladığı bəyanatda deyilir. Mərkəz Boeing 777-nin Avstraliyanın qərbində ucqar sularda axtarışına 160 milyon dollar ayrılmasına nail olub. "Mövcud ən yaxşı elm, texnologiya və cihazlardan istifadə ilə yüksək bacarıqlı mütəxəssislərin həyata keçirdiyi axtarış, təəssüf ki, təyyarının yerinin müəyyən edilməsi üçün yetərli olmayıb" - deyə bəyanatda bildirilir.

Təyyarənin yoxa çıxmasını araşdıran rəsmilər axtarış heyeətini şimalda yeni bölgələri analiz etməyi məsləhət görsə də, artıq Avstraliya özünü bu ideyadan uzaq tutduğunu açıqlayıb.

Malayziya Hava Yollarına məxsus təyyarə təxminən 3 il əvvəl 2014-cü il martın 8-də Pekindən Kuala Lumpoura səfər edən zaman yoxa çıxmışdı. Təyyarədə 239 nəfərə var idi.