Dollar bahalaşmaqda davam edir

Dollar

Valyuta hərracında dolların məzənnəsi yenə artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hərrac 1,7430 məzənnə ilə başlayıb 1,7475 məzənnə ilə yekunlaşıb.

Bu il oktyabrın 18-dən başlayaraq dolların məzənnəsi artmaqda davam edir. Oktyabrın 18-də 1 dollar 1,5969 manat olub.

Kommersiya banklarının böyük əksəriyyəti 4% marjaya malik olsa da bir aya yaxındır ki, əhaliyə xarici valyuta satmır.

Hüquq-mühafizə orqanları isə “qara valuta bazarı” iştirakçılarına qarşı sərt tədbirlər həyata keçirir. Ekspertlər hesab edir ki, bu sərt tədbirlər ölkədə valyuta qıtlığını daha da artıracaq.