Dağlıq Qarabağın hərbi yolla həllindən heç kim danışmır. Çünki bu münaqişənin hərbi yolla nizamlanması mümkün deyil”, - ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza jurnalistlərə bildirib.
“Əvvəlki illərdən fərqli olaraq, indi münaqişənin güc yolu ilə həlli barədə bəyanatları o qədər də eşitmirəm. Hesab edirəm ki, bu, müsbət bir addımdır. Mən ölkədə olduğum müddətdə və Azərbaycan rəsmiləri ilə çoxsaylı görüşlərdən sonra belə qənaətə gəlmişəm ki, Azərbaycan hərbi yola əl atmadan münaqişənin sülh və danışıqlar yolu ilə həllinə çox ciddi yanaşır. İndi əsas tapşırıq baza prinsiplərinin yekunlaşdırılmasıdır. Bu da özlüyündə mümkünsüz bir iş deyil, həyata keçiriləcək məsələdir. Bir daha xatırladıram ki, münaqişənin hərbi yolla həlli yoxdur”, - o bildirib.
Səfir sualların cavabında deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində durğunluq mövcud deyil: “Dünya ictimaiyyəti bəzən Minsk Qrupunun fəaliyyətini hansısa ölkələrin paytaxtında gördüyü işlə xarakterizə edir. Bu, prosesin bir hissəsidir. Vasitəçilər hər gün münaqişə tərəfləri ilə şəxsən və ya telefon vasitəsilə əlaqə saxlayırlar”.
Amerika səfiri hesab edir ki, Dağlıq Qarabağın hərbi yolla həllindən heç kim danışmır. Çünki bu münaqişənin hərbi yolla nizamlanması mümkün deyil.