Metil spirtini içən iki qardaş ölüb

Metil spirti

Sumqayıt şəhərində (Bakıdan 32 kilometr şimal) iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

Yerli media rəsmi mənbələrə istiandən bildirir ki, hər iki şəxs metil spirtini içib. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq, qardaşlar spirtin təsirindən ölüb.

Mart ayı ərzində isə ölkədə 8 şəxsin metil spirtindən zəhərlənərək öldüyü bildirilir.