Pərviz Həşimli aclıq aksiyasına başlayıb

Pərviz Həşimlini

Jurnalist ailəsi ilə görüş istəyir
Mıllı Təhlükəsızlık Nazırlıyının (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli aprelin 15-dən aclıq aksiyasına başlayıb.

Bu barədə vəkil Elçin Sadiqov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə jurnalistin aclıq aksiyasına başlamasına səbəb ailəsi ilə görüşə icazə verilməməsi olub.

Vəkil bildirib ki, bu gün Pərviz Həşimli ilə görüşüb.

Pərviz Həşimli vəkilinə deyib ki, bir həftə əvvəl ailəsi ilə görüş və telefon danışığına icazə verilməsi və ona qarşı MTN-nin istintaq təcridxanasında olan qanunsuz əməllərdən şikayət edib və bu günə qədər heç bir cavab gəlməyib.

Eyni zamanda aprelin 14-də məhkəmədəki çıxışına görə ona kobud şəkildə irad bildiriblər, onu karsa salmaqla hədələyiblər.

Səhhətinə gəldikdə isə vəkil Pərviz Həşimlinin səhhətinin yaxşı olmadığını deyib.
“Pərvizin baş hərlənirdi. Daha sonra bildirdi ki, diş ağrısından çox əziyyət çəkir. Dişinə plomb vurulmalıdır. Lakin ona bildirirlər ki, orada dişə plomb vurmurlar, yalnız çıxardırlar”, deyə o bildirib.

MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzindən şərh almaq mümkün olmayıb.

Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edilib. Martda həbs müddəti üç ay artırılıb.

O, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmək, saxlamaq) maddələri ilə ittiham olunur. Jurnalist özünü təqsirli bilmir, istintaq zamanı ondan bir sıra vəzifəli şəxslərə qarşı guya müxalifəti maliyyələşdirdikləri barədə ifadə almağa cəhd edildiyini bildirib.

Ondan həmçinin AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməyi tələb ediblər.