Baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsi
“Azadlıq” qəzetinin problemlərilə bağlı mətbuat konfransı keçirilib.
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev prezident seçkilərindən dərhal sonra qəzetə təzyiqlərin işə düşdüyünü bildirib.
Belə ki, qəzet “Binə” Ticarət Mərkəzindəki qanunsuzluqlarla bağlı iyulda çap etdiyi yazıya görə 32 min manat cərimə edilib. Məhkəmə cərimənin ödənilməsi haqda qərar verib.
Borcun ödənilməsi üçün oktyabrın 24-nə kimi vaxt verilib. Əks təqdirdə qəzetin hesabına həbs qoyulacaq.
Digər tərəfdən “Azərbaycan” nəşriyyatı qəzetin 20 min manat borcundan 5 min manatının ödənilməsini tələb edir. Əks halda qəzetin nəşrinin dayandırılacağı xəbərdarlığı edilib.
R.Hacıyev borc üzündən qəzetin oktyabrın 23-nə olan sayının nəşr oluna bilməməsini də istisna etməyib.
Bundan əlavə, “Qasid” Yayım Firması qəzetə olan 47 min manat borcunu ödəmir.
Metro stansiyalarında qəzetin səyyar satışına imkan verilmir. Redaksiyanın səylərinə baxmayaraq, metro stansiyalarında qəzetin satışını kimlərin qadağan etdiyini müəyyən etmək mümkün olmayıb.
“Bir dövlət təşkilatı bizə olan borcunu vermir, digər dövlət təşkilatı da borcunu tələb edir, ödəyə bilmirik”, deyə R.Hacıyev nəzərə çatdırıb.
O, qəzet ətrafında indiyə kimi belə mürəkkəb durum yaranmadığını deyərək, bunu nəşrin çökdürülüməsi cəhdi kimi dəyərləndirib.
Redaktor yenə də demokartik qüvvələrin, söz azadlığını vacib sayanların dəstəklərinə və yardımlarına arxalana biləcəklərinə ümid etdiyini vurğulayıb.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev burada problemin dövlət təşkilatları olan “Qasid” Yayım Firması ilə “Azərbaycan” Nəşriyyatı arasında olduğunu söyləyib. Dövlət təşkilatlarının debitor borclarının silinməsi presedentləri olduğu qeyd edilib. Bu məsələni hüquqi müstəviyə çıxarmaqla həll etməyin mümkünlüyü vurğulanıb.
Vəkil Aslan İsmayılova görə, bu məbləğlərin tələb olunmasının məqsədi heç də qəzetin borcunu ödəməsi yox, onu bağlamaq niyyətidir.
Jurnalist Şahvələd Çobanoğlu məsələnin hüquqi müstəviyə çıxarılmasını vacib sayıb. Həm də qəzetin fəaliyyətinin davamı üçün aksiyalar keçirməyi məqbul adlandırıb.
Onun fikrincə, “Qasid” yayım firması önündə kütləvi aksiya, aclıq aksiyası keçirilməli, yerli və beynəlxalq ictimiyyətin diqqəti bu məsələyə yönəldilməlidir.

Your browser doesn’t support HTML5