“Azərbaycanda neft bumu bitməkdədir - İflas yaxınlaşır”

Buzzfeed Azerbaijan

"Ötən ay İbrahimov və onunla bərabər dövlət bankına borcları olan yüzə yaxın biznesmen İlham Əliyev hakimiyyətinin sinoniminə çevrilmiş məhbəsə salındılar. İbrahimov və digərləri borclarının bir hissəsini ödədikdən sonra azadlığa buraxılıb. Lakin bu həbslər Azərbaycanın neft ehtiyatlarının tükəndiyinə, neft bumunun sona çatdığına bir işarədir."

“Buzzfeed” onlayn qəzetində “Azərbaycanda neft bumu bitməkdədir - İflas yaxınlaşır” başlıqlı məqalədə zəngin şəxslərdən olan İbrahim İbrahimov tənəzzüllə üzləşən Azərbaycan kapitalizminin simvolu kimi təsvir olunur.

Qəzet yazır ki, Azərbaycanın səxavətli xərcləri onun dünyada müasir bir dövlət imici yaratmasına xidmət edir. Bakıda keçirilən multi-milyonluq Avropa Oyunlarına 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarından iki dəfə artıq vəsait sərf edilib.

Ledi Qaqanin bircə mahnı ifasına 2 milyon dollar qonarar ödənilib.

Müxalifət oyunların Azərbaycana 8 milyard dollara başa gəldiyini bildirir.

Rəsmilər iqtisadiyyatın 70 faizinin enerji sektoru və 95 faizinin ixracdan asılı olduğu Azərbaycanın müxtəlif sahələrə əl atmağa məcbur olacağını etiraf edir. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycan dünyanın ən zəngin ölkəsi deyil və onun resursları daimi gəlir mənbəyi ola bilməz.

Roma İmperiyası dövründə xalqı razı salmaq üçün hakimiyyət çörək və sirkdən istifadə edirdi. Azərbaycanda Avropa Oyunlarının açılışına 100 milyon dollar sərf edildiyi deyilir.

“Buzzfeed” yazır ki, insan hüquqları müdafiəçilərinin susdurulması dalğasına təsadüf edən biznesmenlərin kütləvi həbsi Azərbaycanın hökumətinin islahatlar yolu seçməyəcəyinə işarədir. Əli Həsənov həbslərin hökumətin büdcəsi ilə əlaqəsini inkar edərək, borcu olan hər bir kəsin qanuni məsuliyyət daşıdığını bildirib.

Müxalifət isə deyir ki, İlham Əliyev hakimiyyətini qorumaq üçün davamlı iqtisadi modeli saxlamalı, ya da xalqın rifahı üçün korrupsiya və bərabərsizliyi aradan qaldırmalı olacaq.

"The Guardian" qəzeti də Azərbaycanla bağlı məqalə dərc edib. “UNİSEF niyə Avropa Oyunlarına dəstək verir?” başlıqlı yazıda müəllif Rebekka Vinsent deyir ki, UNİSEF-in loqosu Dövlət Neft Şirkəti Sokar, BP, AZAL-la bərabər yer alır.

Transparency İnternational Təşkilatının 2014-cü il üçün korrupsiya indeksi siyahısında Azərbaycan 175 ölkə arasında 126-ci yeri tutur. Mətbuat azadlığının susdurulduğuna dair tənqidlərə yer verilmir.

Demokratiya Azərbaycanda həmişə riskli bir oyun hesab edilib. Lakin son zamanlar jurnalistlər və insan hüquqları müdafiəçilərinə qarşı təqib və təzyiqlər, onlara qarşı basqılar hədsiz səviyyədədir.

Sərhədsiz Reportyorlar təşkilatının dünyada mətbuat azadlığı səviyyəsinin illik indeksində Azərbaycan söz azadlığını ən çox pozan 20 ölkə arasında yer alıb. Ötən illə müqayisədə ölkə 180 ölkə siyahısında iki yer daha geriləyərək 162-ci yeri tutub.

Müəllif yazır ki, nə üçün hökumətin rəsmi təbliğatını aparsınız sualının cavabında UNİSEF Avropa Oyunları ilə əməkdaşlığın qız və oğlanların idman hüquqlarını təbliğ etdiyini bildirib.

Azərbaycanda uşaqların Avropa Oyunlarından bəhrələnmədiyini yazan Rebekka Vinsent deyir ki, UNİSEF Avropa Oyunlarına deyil, Azərbaycanda uşaqlara yardımlarını davam etdirməlidir.

Politico” jurnalında Azərbaycana dair yer alana yazıda da eyni məqamlara toxunulur. Jurnalist Andryu Konelli yazır ki, Roma İmperiyası dönəmində xalqı razı salmaq üçün çörəklə sirkə ehtiyac var deyərdilər. Azərbaycanda Avropa Oyunlarının açılışına 100 milyon dollar sərf edildiyi deyilir. Bəziləri üçünsə bu ölkədə çörək lüks bir şey hesab edilir, orta məvacib 400 dollar, bölgələrdə isə daha aşağıdır.

Demokratiya Azərbaycanda həmişə riskli bir oyun hesab edilib. Lakin son zamanlar jurnalistlər və insan hüquqları müdafiəçilərinə qarşı təqib və təzyiqlər, onlara qarşı basqılar hədsiz səviyyədədir. Həbsə düşməyənlər vətənlərini tərk etməli olub, digərləri isə susdurulub. Bakı indi ruhlar şəhərini xatırladır.

Müəllif Bakıya yola düşməzdən əvvəl Tbilisidə bir hüquq müdafiəçisi ilə tanış olduğunu yazır. O, həyatında ilk dəfə orada görüşməli adam qalmadığını deyib. Sabahı gün bir təhlilçidən belə bir elektron məktubu aldım.”Üzr istəyirəm, amma Bakıdakı həmkarlarımız səninlə təmas qurmaqdan qorxur,” deyə Andryu Konelli yazısını tamamlayır.