Azərbaycan - Mətbuatın vəziyyətinin "ən pis" olduğu ölkə [Video & Audio]

Your browser doesn’t support HTML5

Azərbaycan “mətbuatın vəziyyətinin ən pis” olduğu ölkələr sırasındadır

Sərhədsiz Reportyorlar Təşkilatının Dünya Mətbuat Azadlığı İndeksi hesabatında Azərbaycan 180 ölkə arasında 163-cü yeri tutub. Ötən ilki hesabatla müqayisədə geriləyən Azərbaycan “mətbuatın vəziyyətinin ən pis” olduğu İran, Özbəkistan və Şimali Koreya kimi ölkələr sırasına daxil olub.

Your browser doesn’t support HTML5

Arzu Qeybullayeva


Təşkilatın ABŞ üzrə direktoru Delfin Haqland aprelin 19-da Vaşinqtonda təqdimat mərasimində mətbuat nüməyəndələrini hesabatdakı əsas məqamlarla tanış edib.

İslahatların apaldığını və ya bir ümid işığı görmək üçün qanunvercilikdə dəyişikliklər baş verməlidir. QHT-lər, media və xarici maliyyə ilə bağlı qanunlar azadlığa çıxan insanların daha sonra fəaliyətlərini davam etdirməsinin qarşısını alır. Bu səbəbdən də biz hökümətin islahatlar aparmağa marağının olduğunu görməliyik.
Arzu Qeybullayeva

Azərbaycanın mətbuat azadlığının olmadığı ölkələr sırasında yer almasına səbəb olaraq təşkilat prezident İlham Əliyevin 2014-cü ildən bəri tənqidçilərinə qarşı amansız təqibləri davam etdirməsini göstərib.

Hesabatda deyilir ki, “müstəqil jurnalist və blogerlər təcavüz, döyülmə, şantaj və ya rüşvətə boyun əymədikdə həbs olunur. Zerkalo və Azadlıq kimi bəzi müstəqil media qurumlara iqtisadi baxımdan boğulur. Azadlıq Radiosu isə bağlanmaq məcburiyyətində qalıb.”

Tədbir iştirakçılarından biri, 2014 Vatslav Havel Jurnalistika təqaüdçüsü Arzu Qeybullayeva Azərbaycanda mətbuatın durumundan bəhs edib. O keçən ay bəzi siyasi məhbusların azadlığa buraxılmasının Azərbaycandakı mətbuat azadlığının durumu ilə bağlı ümidləri artırmadığını, hər hansı islahatların aparıldığı və ya irəliləyişlərin əldə olunduğu kimi qəbul edilmədiyini deyib.

Arzu Qeybullayeva bunu Qərb dövlətlərinin Azərbaycan höküməti ilə apardığı danışıqların nəticəsi olaraq görür. O, Xədicə İsmayılova da daxil olmaqla, həbsdəki digər jurnalist və siyasi fəalların da gələcəkdə “alver predmeti” olaraq istifadə oluna bilmələri üçün hələ də hökümət tərəfindən həbsdə saxlanıldığını deyib.

“İslahatların apaldığını və ya bir ümid işığı görmək üçün qanunvercilikdə dəyişikliklər baş verməlidir. QHT-lər, media və xarici maliyyə ilə bağlı qanunlar azadlığa çıxan insanların daha sonra fəaliyətlərini davam etdirməsinin qarşısını alır. Bu səbəbdən də biz hökümətin islahatlar aparmağa marağının olduğunu görməliyik.”

“Sərhədsiz Reportyorlar” 2016-cı il üçün Ümumdünya Mətbuat Azadlığı İndeksini hazırlayıb

Tədbir zamanı post-sovet ölkələrinin ümumi vəziyyəti də dəyərləndirilib. Belə ki region ölkələrinin üçdə ikisi İndeksdə 150-ci yerdən aşağı sıralarda yer alıb. Bu il Rusiya senzura və hakimiyyəti tənqid edənlərin təqib olunması fonunda 148-ci yerdədir.

Avrasiya regionunda İndeksdə ikinci ən böyük geriləmə əldə edən ölkə isə Türkiyə olub. Buna səbəb olaraq Suriya münaqişəsi və PKK ilə döyüşlərin yenidən başlaması göstərilib. Türkiyənin siyahıda 151-ci yer tutduğu hesabatda deyilir ki, prezident Rəcəb Tayyib Ərdoğanın artan avtoritaritar idarəsi və dövlət rəsmilərinin göstərdiyi paranoya nəticəsində cəmiyyətdə mövcud qütbləşmə daha da dərinləşib.

Siyahıda mətbuatın ən azad olduğu ölkələr Finlandiya, Hollandiya və Norveçdir.

Keçən il 49-cu yeri tutan Birləşmiş Ştatlar isə builki siyahıda 41-ci yerdə göstərilib.

Mətbuat azadlığı indeksi siyahısında son üç yeri hər zaman olduğu kimi Türkmənistan, Şimali Koreya və Eritreya tutub.