Mesut Yılmaz Yunanıstanda meşə yanğınları barədə iddiaları rədd edir

  • Amerikanın səsi

Mesut Yılmaz Yunanıstanda meşə yanğınları barədə iddiaları rədd edir

Türkiyənin sabiq baş naziri Mesut Yılmaz 1990-cı illərin ortalarında Yunanıstanda Türkiyə hökumətinin meşə yanğınları törətdiyinə dair qəzetlərdə yazılanları inkar edib.

Məqalədə yazılmışdı ki, cənab Yılmaz iddia edir ki, başqa Türkiyə baş naziri təhlükəsizlik üçün ayrılmış vəsaitlərdən istifadə edərək yunan meşələrinə od vurub. O, bu məlumatın dövlət sirri olduğuna görə həmin vaxt açıqlanmadığını bildirmişdi.

Amma cənab Yılmaz Türkiyənin Birgün qəzetinin onun dediklərini təhrif etdiyini bildirib və iddiaların həqiqətə uyğun olmadığını söyləyib. O, yazılanlara aydınlıq gətirərək söhbətin yunanların Türkiyədəki meşə yanğınlarındakı iştirakından getdiyini bildirib.

Yunanıstanın xarici işlər nazirliyi Türkiyənin meşə yanğınlarında əli olması haqda iddiaları “ciddi” adlandırıb. Yunanıstanın ali məhkəməsi məsələ ilə bağlı cinayət işinə yenidən baxmağa başlayıb.