Layihə ATƏT, BMT İnkişaf Proqramı, BMT Ətraf mühit proqramı, BMT-nin Avropa üçün İqtisadi Komissiyası, Mərkəzi və Şərqi Avropa və NATO üçün Regional Ekoloji Mərkəz tərəfindən həyata keçirilir
ATƏT-in Bakı ofisi və ATƏT-in iqtisadiyyat və ətraf mühit sahəsində koordinatorunun Bürosu, Yanğınların Qlobal Monitorinq Mərkəzi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi yanğınların idarə olunması üzrə ikigünlük monitorinq keçirir.
Meşə yanğınlarına qarşı mübarizə məsələsi ilə məşğul olan dövlət müəssisələrinin 35-ə yaxın əməkdaşı Qəbələdə keçirilən bu tədbirdə iştirak edir.
Yanğınların Qlobal Monitorinq Mərkəzinin direktoru Yohan Qoldammerin sözlərinə görə, yanğınlar böyük zərərə səbəb olur. Çox zaman onlar kənd təsərrüfatı sahələrinin yandırılmasından törənir. Bələdiyyə yanğın mühafizəsinin imkanlarını genişləndirmək, adamların maarifləndirilməsini artırmaq lazımdır. Yerli icmalar meşə yanğınlarının qarşısının alınmasında və idarə olunmasında əsas qüvvəyə çevrilməlidir”, - o vurğulayıb.
Bu tədbir Cənubi Qafqazda yanğınlara qarşı mübarizədə milli potensialın möhkəmləndirilməsi üzrə regional layihənin tərkib hissəsi sayılır. Layihə altı təşkilatın tərəfdaşlığı ilə keçirilir: ATƏT, BMT İnkişaf Proqramı, BMT Ətraf mühit proqramı, BMT-nin Avropa üçün İqtisadi Komissiyası, Mərkəzi və Şərqi Avropa və NATO üçün Regional Ekoloji Mərkəz. Bu layihə çərçivəsində analoji kurslar Türkiyə, Gürcüstan və Ermənistanda keçirilib.