Azərbaycanda zavodun ərazisindən 20 ədəd 125 mm-lik top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatında deyilir ki, yanvarın 22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub,
“Agentliyin mütəxəssisləri tərəfindən beton zavodun ərazisinə aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub. Aşkar olunmuş mərmilər götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb”, məlumatda qeyd edilir.