Merkelin ABŞ-a qarşıdan gələn səfərindən gözləntilər

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Almaniya kansleri Angela Merkellə Ağ Evdə danışıqlar aparacaq. Danışıqların diqqət mərkəzində Rusiya ilə bağlı strategiya və ticarət məsələlərinin olacağı gözlənilir. Administrasiyanın yüksək səviyyəli nümayəndəsinin sözlərinə görə, Tramp Rusiya lideri ilə əlaqələrin qurulmasında Merkelin Rusiya təcrübəsi ilə tanış olmaq imkanı əldə etməkdə maraqlı ola bilər.

Həm Amerika, həm də Avropada tənqidçilər Trampın Putinlə bağlı, xüsusilə də Kremlin 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə cəhdi ilə bağlı görüşlərinin sadəlövh xarakter daşıdığını söyləyir.

Səfərlə bağlı okeanın hər iki tayında böyük həyəcan var. Biz kansler və onun komandası ilə görüşəcəyimizi gözləyirik.
Şon Spayser

Lakin martın 14-də nəzərdə tutulan danışıqlardan öncə müxbirlərlə danışan dörd ABŞ rəsmisi prezidentin Almaniya lideri ilə görüşlərində kəskin fərqi arxada qoyacağını gözlədiklərini bildirib. Onların sözlərinə görə, Tramp Kremlin kiber hücumlarından tutmuş Rusiyanın Ukraynada müdaxiləsinə kimi bir sıra məsələlərdə güclü ortaq mövqe nümayiş etdirəcək.

Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin

Ukrayna sanksiyaları

Tramp prezident seçki kampaniyası dövrü Merkeli böyük sayda qaçqını ölkədə qəbul edərək "Almaniyanı dağıtmaq"da ittiham etmişdi.

Tramp Vladimir Putini yaxşı başa düşmək istəyirsə, çətin ki Merkeldən daha yaxşı mənbə tapa bilər.
Stien Szabo

Prezident Barak Obama ilə möhkəm əlaqələrə malik Almaniya kansleri Trampın səfərlərə müvəqqəti qadağasını tənqid edərək deyib ki, "müəyyən mənşəyə və etiqada mənsub insanların ümumi şübhə altına alınmasına heç bir əsas ola bilməz".

Translantik Akademiyanın icraçı direktoru və Alman Marşal Fondunun elmi işçisi Stiven Szabo bildirib ki, Merkel Ağ Evə Trampın"Rusiya ilə yumşaq mövqe və onun Ukraynaya müdaxilədən sonra yaratdığı sanksiyalar rejimini poza bilməsilə" ilə bağlı bir narahatlıqla gəlir.

Müəyyən mənşəyə və etiqada mənsub insanların ümumi şübhə altına alınmasına heç bir əsas ola bilməz.
Angela Merkel

"Qərb birliyi üçün ən pis şey Qərbdə əsas oyunçulardan biri olan Birləşmiş Ştatların Ukraynada heç bir inkişafa nail olmadan sanksiyaların zəiflədilməsi ola bilər"-deyə o, Amerikanın Səsinə müsahibədə bildirib.

Ağ Evin sözçüsü Şon Spayser bu narahatlıqları azalmağa çalışaraq müxbirlərə deyib ki, "Krımın ilhaqı ilə bağlı tətbiq edilmiş sanksiyaların pozulmasına hər hansı bir cəhd"inə məsələnin həllinə qədər imkan verilməyəcək. Lakin prezidentin strategiyası ilə bağlı sualın cavabında Spayser ehtiyatla cavab verib.

"Prezident aydın edib ki, onun fəlsəfəsi "mən sizə nə edəcəyimi deyəcəyəm"dən ibarət deyil. O, danışıqlar strategiyasını gücləndirmək üçün kartları özündə saxlayır"-deyə Spayser bildirib.

Stiven Szabo bildirib ki, Tramp Vladimir Putini yaxşı başa düşmək istəyirsə, çətin ki Merkeldən daha yaxşı mənbə tapa bilər.

"O sözsüz ki, Putini hamıdan yaxşı tanıyır. Onlar şəxsən, ya da telefonla 100-dən çox dəfə danışıblar"-deyə o bildirib.

Ağ Evin sözçüsü Şon Spayser Merkelin səfərinin Trampın prezidentliyə başladığı dövrdə ən mühüm hadisələrdən biri olacağına işarə edib.

"Səfərlə bağlı okeanın hər iki tayında böyük həyəcan var. Biz kansler və onun komandası ilə görüşümüzü gözləyirik"-deyə Spayser bəyan edib.