Melaniya Tramp Afrika səfərinə başlayıb

Your browser doesn’t support HTML5

Melaniya Tramp Afrika səfərinə başlayıb

ABŞ-ın birinci xanımı Melaniya Tramp Afrika ölkələrinə altı günlük səfərinə başlayıb. Bu, Amerikanın birinci xanımının xaricə ilk solo səfəridir. Melaniya Tramp Afrikanın dörd ölkəsinə səfəri çərçivəsində “Be Best” - “Ən yaxşısı ol” adlı uşaqların nüdafiəsi təşəbbüsünü diqqət mərkəzində saxlayacaq. Melaniya Trampın səfərinin ilk dayanacağı Qanadlr. Lakin prezident Donald Trampın bu ilin əvvəlində Afrika qitəsi ölkələri haqda şərhləri birinci xanımın xoşməramlı səfərinə kölgədə salır və administrasiyanın Afrika ilə bağlı ümüumi strategiyası ilə bağlı suallar yaradır.

ABŞ-ın birinci xanımı Melaniya Tramp çərşənbə axşamı Qanaya səfəri çərçivəsində paytaxt Akkradakı reqional xəstəxananı ziyarət edib. Melania Tramp yeni doğulan uşaqlara və onların analarına ədyallar və yumşaq oyuncaq ayılar verib.

Ağ Evin verdiyi məlumata görə, Melaniya Trampın diqqət mərkəzində “Be Best” kampaniyasının əsas elementləri olan ana və körpələrin sağlamlığı, uşaqların təhsili, HİV-dən müdafiə kimi məsələlər olacaq.

Birinci xanımın Afrikaya səfəri Donald Trampın qitəni təsvir etmək üçün vulqar ifadələrdən istifadə etdiyi üçün tənqidlərdən bir neçə ay sonraya təsadüf edir.

Xarici Əlaqələr Şurasında Afrika siyasəti üzrə baş mütəxəssis Con Kempbell deyir ki, birinci xanımın səfəri afrikalıları amerikalıların hamısının Afrika qitəsi haqda belə fikirdə olmadığına inandırmaqdır. O deyib ki, Prezidentin Afrika barədə bir neçə bəyanatı həqiqətən də uğursuz olub. Xanım Trampın Afrikaya səfəri onun fikrincə, amerikalılar, Amerika siyasəti və administrasiyaya müxtəlifliyin xas olduğunu və məsələnin iki - üç tvitdə olmadığını göstərəcək.

Lakin Beynəlxalq və Strateji Araşdırmalar mərkəzində Afrika proqramının direktoru Cad Devermont daha mühüm bir faktorun Melaniya Trampın səfərinə kölgə salacağını deyir. O deyir ki, Prezidentin Afrika ilə məşğul olmadığı və qitə haqda aşağılayıcı baxışları nəzərə alınsa, bu səfərin müsbət təsiri ola biləcəyini düşünür. Məsələ bundadır ki, bu, daha geniş strategiya ilə bağlı daha çox sualın olduğu bir dövrdə baş verir. Bu xanım Tramp üçün çətin olacaq.

Tramp administrasiyası büdcə təkliflərində Afrika üçün humanitar yardım proqramlarında əhəmiyyətli azalmalara çağırsa da, bunun qarşısı Konqres tərəfindən alınıb.

Melaniya Trampın Afrika turuna Malavi, Keniya və Misir də daxildir.