Meksikanın sabiq polis rəisi ABŞ-da siyasi sığınacaq almağa çalışır

Meksikanın sabiq polis rəisi ABŞ-da siyasi sığınacaq almağa çalışır

Dünən onun ölüm təhdidləri altında ölkədən qaçdığı bildirilirdi

ABŞ-ın İmmiqrasiya rəsmilərinin bildirdiyinə görə, Meksikanın zorakılıqlara səhnə olan sərhəd şəhərində polis rəisi olandan sonra ölüm təhdidləri ilə üzləşən 20 yaşlı qadın Birləşmiş Ştatlarda siyasi sığınacaq almağa çalışır.

Rəsmilər deyir ki, Marisol Valles Birləşmiş Ştatlardadır və onun sənədlərini imiqrasiya idarəsinə təqdim etməsinə icazə veriləcək. Valles Praksedis Querrero şəhərinin sabiq polis rəisidir .O, mart ayının 2-də şəxsi məsələlərlə bağlı icazə istəyib. Ancaq Valles bazar ertəsi günü işinə qayıtmalı olsa da, şəhər meri onu heç bir səbəb göstərmədən əlavə iki gün işdən qaldığına görə vəzifəsindən azad edib.

O, bu vəzifəyə təyin olunanda insanların qorxusuz həyat sürməsini istədiyini demişdi.