Meksika rəsmiləri ölkənin şimalındakı Duranqo əyalətində 85 nəfərin yaralanması ilə nəticələnən Aeromexico sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırır.
Duranqo əyalətinin qubernatoru Xose Rosas Aispuronun sözlərinə görə, 2431 nömrəli təyyarə çərşənbə axşamı havaya qalxdıqdan qısa bir müddət sonra güclü külək səbəbindən yerə enməyə məcbur olub. Hava haqqında hesabatlarda qəzanın baş verdiyi vaxt ərazi yaxınlığında müxtəlif fırtınalar qeydə alınıb.
''Bu qəzanın səbəblərini müəyyən etmək üçün səlahiyyətli orqanlarla xüsusilə də Mülki Aeronautics ilə sıx əməkdaşlıq edirik." - deyə, Aeromexico hava yollarının icraçı rəhbəri Andres Conesa bildirib.
Təyyarə məcburi eniş edərkən onun bir hissəsində güclü yanğın əmələ gəlib. Duranqo-Mexiko reysi ilə uçan və ekipaj üzvləri də daxil olmaqla 97 nəfər sərnişini daşıyan təyyarənin qəzaya uğraması nəticəsində ölən olmayıb.