Meksikada 49 cəsəd aşkar edilib

  • Amerikanın səsi

Meksika rəsmiləri şimali Monterrey şəhərində torbalara doldurulmuş 49 cəsəd aşkar ediblər. Rəsmilər bu adamları ölkədə cərəyan edən qəddar narkotika müharibəsinin qurbanları hesab edirlər.

Polis meyitləri ABŞ sərhədinə yaxın ərazidə, yolun kənarında tapıblar.

Hələlik heç kəs qətllərə görə məsuliyyəti öz üzərinə götürməyib. Bir neçə gün öncə Meksika rəsmiləri ölkənin qərbində 18 insanın qalıqlarını aşkar etmişdilər.

2006-cı ildə prezident Felipe Kalderon orduya narkotik kartellərini dağıtmağa göstəriş vermişdi. Həmin vaxtdan bəri Meksikada narkotik ticarəti ilə əlaqədar 50 min adam qətlə yetirilib.