Rəsmilərin bildirdiyinə görə Meksikanın Puebla ştatında atəşfəşanlıq üçün istifadə olunan ləvazimat saxlanılan evdə baş vermis partlayış 14 nəfərin ölümünə, 20-dən çoxunun yaralanmasına səbəb olub.
Rəsmilər izdihamlı dini mərasim zamanı alovun atəşfəşanlıq üçün istifadə olunun ləvazimatın yerləşdirildiyi evə düşdüyünü bildirib.
Ölənlərin 11-i uşaq olub.
Atəşfəşanlq meksikalıların bayram mərasiminin mühüm hissəsidir. Və bu kimi ölümçül hadisələr bu ölkədə tez-tez baş verir.
Dekabrda Mexiko şəhərində baş vermis partlayış azı 35 nəfərin ölümünə səbəb olmuş və bütün bazarı dağıtmışıdır.