Meksikada etirazçılar dövlət binasına hücum edib

Meksikada rəsmilər maskalı etirazçıların polisin altı nəfəri öldürməsinə etiraz olaraq Querrero ştatında konqres binasına hücum etdiyini deyib.

İquala şəhərində 22 polis zabiti keçən həftə baş vermiş hadisə ilə əlaqədar olaraq həbs edilib. Hadisə nümayişdə iştirak edən tələbələrin üç avtobusu ələ keçirməsindən sonra polislə qarşıdurma zamanı baş verib.

Mətbuat konfransında Querrero ştatının prokuroru İnaki Blanko polisin açıq-aşkar həddini aşdığını bildirib.

Hadisədə 6 nəfər öldürülüb, 25 nəfər xəsarət alıb və 57 nəfər itkin düşüb. Rəsmilər onların axtarışını davam etdirir.

Querrero yoxsulluq səviyyəsinin yüksək olduğu və narkotik alverçilərinin çoxluq təşkil etdiyi ştat hesab edilir.